"Hazırda koronavirusa yoluxmanın ikinci dalğası yaşanır" - TƏBİB
    • 15-05-2020, 17:23
    • 725

"Hazırda koronavirusa yoluxmanın ikinci dalğası yaşanır" - TƏBİB

“Bu həftə ərzində 461 nəfər koronavirusa yoluxub”.

News24.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu həftə 230 nəfər sağalıb, 4 nəfər dünyasını dəyişib. hazırda ölkədə ikinci dalğa yaşanır: "Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılıdır".