Qadın onu kislota ilə kor edən şəxslə evlənir - ŞOK OLAY
    • 10-04-2020, 18:30
    • 1 160

Qadın onu kislota ilə kor edən şəxslə evlənir - ŞOK OLAY

Türkiyədə sevgilisi tərəfindən üzünə kislota tökülərək kor edilən Berfin Özek hər kəsi şoka salıb.

News24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bir gözünün nurunu tamamilə itirən qadın onu bu hala salan Rasim Ozanı bağışlayıb. O, ötən gün məhkəmənin 13 il 6 ay həbs cəzası kəsdiyi şəxslə bağlı şikayət ərizəsini geri götürüb. 
Bu bəsdeyilmiş kimi, zərərçəkmiş Rasimi hələ də sevdiyini və onunla ailə qurmaq niyyətində olduğunu bildirib.