Sumqayıtda metil spirtindən zəhərlənən iki qardaşın "ölüm dozası"- TƏFƏRRÜATLAR -ÖZƏL
    • 11-04-2020, 17:47
    • 1 242

Sumqayıtda metil spirtindən zəhərlənən iki qardaşın "ölüm dozası"- TƏFƏRRÜATLAR -ÖZƏL

Sumqayıtda metil spirtindən zəhərlənən iki qardaşdan biri Kliniki Tibbi Mərkəzdə vəfat edib. 

Bunu News24.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib. Onun sözlərinə görə, qardaşlar satışı qadağan olunan spirt içiblər: 

“Qardaşlardan biri evində ölüb. O biri qardaşı da bizə gətiriblər, iki saatdan sonra rəhmətə gedib. Bu spirtin əhaliyə satışı qadağandır. O kimyəvi maddə kimi işlənilir. 

Baxmayaraq ki, aptekdən tibbi spirt adıyla alıblar, bu yalnız xaricə, dezinfeksiya üçün istifadə oluna bilər. Amma onu götütüb daxilə içiblər, onun da 30 ml-i ölüm dozasıdır. Bunlar da həmin ölüm dozasını üç dəfə içiblər, bunu da faktiki xilas etmək mümkün deyil”. 
Baş həkim onu da əlavə edib ki, martın 22 -dən bu günə kimi 13 xəstə metil spirtindın ölüb: 
“Bizdə metil spirti ilə bağlı 13 xəstə olub, 9-u ölüb, 9-cu da Sumqayıtda olan qardaşın biridir”.

Qardaşlar əvvəl də alkoqol istifadəçisi olub sualına isə baş toksikoloq belə cavablandırıb: "Onun yaxınları gəlmıdi. Meyidini də polsilər apardı. Ona görə bununla bağlı məlumatım yoxdur". 

A.Maqsudovun sözlərinə görə, metil spirtindən zəhərələnən insanlara ilkin tibbi yardım göstərilə bilər: "Mədəsi yuyula bilər, su içirib qusdura bilərlər. Amma bu insanlarda görmə qabiliyyəti tez pozulur. Korluq başlayır. Əlamətlər başlayanda onları geri qaytarmaq çox çətindir. Amma bizdə 5 nəfərdən ikisində başlamışdı, göz həkiminin nəzarətilə faiz dərəcəsinin azalmasına nail olduq”. 

Baş taksikoloq onu da əlavə edib ki, dərman preparatlarından, sirkə turşusundan zəhərlənmələrlə bağlı 4 nəfər müraciət edib, amma onlarda ölüm halları baş verməyib. 

Qeyd edək ki, Azərbaycanda yanvar ayında viski adı ilə metil spirti içən 8 ölüm halı baş verib. 

Afaq Mirayiq