Koronavirusa yoluxanların sayı mini ötdü, 11 nəfər öldü, 200-ü SAĞALDI
    • 11-04-2020, 19:40
    • 720

Koronavirusa yoluxanların sayı mini ötdü, 11 nəfər öldü, 200-ü SAĞALDI

Azərbaycanda hazırkı dövrədək 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,  onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.