Tolikdən Dilarəyə: “Kişilər səni görüb, dəm olublar” - VİDEO
    • 21-09-2018, 13:47
    • 890

Tolikdən Dilarəyə: “Kişilər səni görüb, dəm olublar” - VİDEO

“Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər şey daxil” verilişinin qonağı tanınmış müğənni Dilarə Kazımova olub. 

Proqramda maraqlı anlar yaşanıb. 

News24.az xəbər verir ki, ifaçı “Dəm olmuşam” mahnısını ifa etdikdən sonra T.Əliyev ifanın birməmnalı qarşılanmadığını bildirib:
“Bəzi adamlar “Dəm olmuşam” ifadəsini düzgün anlamır. Deyirlər ki, yox bir “piyaniska” olmuşam. Əslində isə bu belə deyil axı”.

D.Kazımova isə prodüserin sözlərinə dəstək olaraq bunları deyib:

“Məncə sevgidən, həyatdan, ümumiyytələ isə hər şeydən dəm olmaq mümkündür. Təbii ki, yaxşı mənada”.

Tarix Əliyev daha sonra “İndi bəzi kişilər səni efirdə görüb, dəm olublar. Həyat yoldaşlarının üstünə qışqırıb çay istəyirlər. 

Xanımlar isə “Yenə nə oldu? Görmüsən Dilarəni efirdə, özünü qoyub çöldə?”” sözlərini deyib. 

Teymur Məmmədov