Polad Bülbüloğlu Rusiyada Azərbaycana gəlmək istəyən vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO
    • 12-04-2020, 21:14
    • 799

Polad Bülbüloğlu Rusiyada Azərbaycana gəlmək istəyən vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadan Vətənə gəlmək istəyən həmvətənlərimizə müraciət edib.

News24.az
xəbər verir ki, diplomat soydaşlarımızı sərhədin aprelin 20-dək bağlı olmasını nəzərə alaraq Rusiya-Azərbaycan keçid məntəqələrinə üz tutmamağa, orada dayanmamağa çağırıb:"Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı, dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.
Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur. Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq.

20 aprel tarixindən sonra mövcud vəziyyətdən asılı olaraq sərhədlərin açılıb-açılmayacağına dair qərar veriləcəkdir.

Sizlərdən artıq dərəcədə xahiş olunur ki, sərhəd keçid məntəqəsinə getməyin.

Xahiş edirik ki, Səfirliyimizlə qaynar xətlər vasitəsilə əlaqə saxlayın. Səfirlik müvafiq siyahını hazırlayır və ilk fürsətdə sizinlə əlaqə saxlayıb nə zaman və hansı yolla Azərbaycana geri qayıtmağın mümkün olduğu barədə məlumat verəcək".