Müəllimlərin maaşının azaldılması ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA
    • 13-04-2020, 11:10
    • 1 924

Müəllimlərin maaşının azaldılması ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Karantin müddətində yenə də orta məktəb müəllimlərinin maaşının 50 faiz azaldılacağı ilə bağlı məlumatlar yayılıb. Adının çəkilməsini istəməyən müəllim bildirib ki, ona maaşının azaldılacağı deyilib. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Təhsil Nazilrliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Onlara  bu cür yanlış məlumatları kim deyir, necə deyir, anlamıram. Hansısa sosial şəbəkədən qeyri-dürüst məlumatları yaymaqla məşğuldurlar”. 

Nazirlik nümayəndəsi gələcəkdə maaşların azaldılma ehtimalına da münasibət bildirib: “Biz ən azı bu gündən danışırıq. Bununla bağlı qərar və ya neqativ xəbər yoxdur”. 

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov çıxışılarının birində qeyd edib ki, işçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir:  “Dü.ünürəm ki, məhz buna görə maaşların hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq". 

Afaq Mirayiq