Koronavirusa görə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunur?
    • 2-03-2020, 12:42
    • 1 075

Koronavirusa görə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunur?

"Koronavirusa görə məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması və ya bununla bağlı hər hansı qərar qəbul edilməyib". 

News24.az xəbər verir ki, bunu sosial şəbəkələrdə koronavirusla əlaqədar məktəblərdə sağlamlıqla bağlı arayış tələb edilməsinə münasibət bildirən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, hər hansı xəstəliklə bağlı xüsusi qərar yoxdur.

Mətbuat katibi sosial şəbəkələrdə Göyçay rayonunda 7 saylı tam orta məktəbdə dezinfeksiya işləri ilə bağlı yayılan fotoya da münasibət bildirib:
"Biz o fotonu görmüşük. Məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır. Dezinfeksiya işlərini müvafiq qurumlar aparır. Ola bilər ki, o xanımın öz təşəbbüsü olub".

Afaq Mirayiq