-
- 13-04-2020, 18:51
- 1 023
"Birinci həyat yoldaşımla münasibətimiz..." - SAMİR PİRİYEV
"Birinci həyat yoldaşımla münasibətimiz bir o qədər də yaxşı deyil. Ona görə bu haqda danışmaq istəmirəm. Düzdür, düşmən kimi ayrılmamışıq, amma yenə də susmağa üstünlük verirəm. İlk nikahdan bir qızım var. İkinci dəfə ailə qurmuşam. İkinci evliliyimdən də iki övladım var. Qızım anası ilə də qalır, bizimlə də".
News24.az xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev "Xəzər" Televiziyasında yayımlanan "Ay Zaur" verilişində deyib. O, toy bazarından da danışıb:"Potensialıma bələdəm, işləməkdən qorxan deyiləm. Sadəcə, gözə girməkdən utanıram. Reallığa baxsaq, Azərbaycan şou cameəsi toydan ibarətdir. Mən də o toy bazarında ilk üçlükdəyəm. Xalqın musiqi zövqünə gəldikdə isə... Bu, efirlərdən asılıdır".
Samir Piriyev geyim seçimində həmkarı Zamiq Hüseynovdan məsləhət aldığını vurğulayıb: "Biz Zamiqlə uşaqlıqdan bir böyümüşük. Onun zövqü çox gözəldir. Tünd geyinməyi məsləhət görüb, mən də onun tövsiyələri ilə razılaşmışam".
Sevda Bayramova