-
- 21-09-2018, 17:12
- 1 669
Rəqsanə ilə jurnalistin pul qalmaqalı: “Mətbuat ona heç hörmət də qoymur”
Müğənni Rəqsanə İsmayılova və jurnalist Ülviyyə Alovlu arasında qalmaqal yaşanır.
Belə ki, Ü.Alovlu Axşam.az saytına veridyi açıqlamasında ifaçının mətbuat işlərini gördüyünü lakin qonorarını ala bilmədiyini deyib.
News24.az saytı ilə əlaqə saxlayan Rəqsanə İsmayılova məsələyə belə aydınlıq gətirib:
“Mənə mətbuat katibi lazım idi. Məni Ülviyyə ilə Fira (Firuzə Cəlilova) tanış edib. Onu yanıma gətirdi və dedi ki, aylıq 1000 manat pul ödəməliyəm.
Mart və Aprel aylarında ona deyilən ödənişi etdim. Lakin may ayında onun heç bir iş görmədiyini anladım 500 manat pul yolladım və yollarımızı ayırdıq. Camaat 400 manat maaş alır, ayağının altının zibilini daşıyır.
Hazırda jurnalist İsa Şükürovla işləyirəm. Ondan soruşun görün görün maaşında gecikmə var?
Bir dəfə Ülviyyəyə dedim ki, xəbəri sildirmək lazımdır. Gördüm ki, bunun heç bir jurnalistlə, mətbuatla əlaqəsi yoxdur. Yəni mətbuat ona heç hörmət də qoymur.
İndi isə deyir ki, guya mənim Fira ilə də münasibətim pozulub. Allaha şükür hər ikimiz göz qabağındayıq”.
Müğənni avtomobilinin kirayə olmasına da münasibət bildirib:
“Mənim Azərbaycanda iki avtomobilim var. Mən heç vətənimdə oluram ki, onları sürüm? Ya da ki, kirayə paltar götürüm...”
Teymur Məmmədov