"Ərə get, sakitləş..." RƏQSANƏ ÜLVİYYƏYƏ SÖZ ATDI
    • 5-12-2019, 10:32
    • 824

"Ərə get, sakitləş..." RƏQSANƏ ÜLVİYYƏYƏ SÖZ ATDI

Müğənni Rəqsanə İsmayılova ilə jurnalist Ülviyyə Alovlu arasında qalmaqal baş verib.

News24.az bildirir ki, ifaçı "İnstagram" hesabında jurnalistin ünvanına sərt fikirlər yazıb: "Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma artıq bununla da əlaqəli deyil. Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm. Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi. O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən".

Sevda Bayramova