Azərbaycanda indiyədək 75397 test icra edilib - TƏBİB AÇIQLADI
    • 15-04-2020, 17:18
    • 956

Azərbaycanda indiyədək 75397 test icra edilib - TƏBİB AÇIQLADI

Azərbaycanda ümumi 75 min 397 test həyata keçirilib.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, 6 nəfər süni tənəffüs aparatı ilə müalicə olunur. 

R.Bayramlı onu da əlavə edib ki, Heydər Əliyev fondu tərəfindən çox böyük aksiya təşkil olundu: "Hazırda qan stopları donmuş vəziyyətdədir. Buna görə Birinci Vitse Prezidentə təşəkkür edirik".

Afaq Mirayiq