-
- 16-04-2020, 11:57
- 895
4 kiloqramdan artıq narkotik DÖVRİYYƏDƏN ÇIXARILDI
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən xəbərə görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Qüdrət Həsənov rayonun Alar kəndi ərazisində idarə etdiyi “VAZ 21014” markalı avtomobillə saxlanılıb.
Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada 3 bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram narkotik vasitə heroin, 1 bağlamada çəkisi 800 qram olan psixatrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.