“Karantin rejiminin hansı müddətə uzadılması prosesdən asılı olacaq” - Prezidentin köməkçisi AÇIQLADI
    • 16-04-2020, 18:16
    • 1 007

“Karantin rejiminin hansı müddətə uzadılması prosesdən asılı olacaq” - Prezidentin köməkçisi AÇIQLADI

“Karantin rejiminin hansı müddətdə qədər uzadılacağını deməkyə çətinlik çəkirəm”.

News24.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti tövsiyələr, epidemioloji vəziyyət barədə məlumatlar alındıqdan sonra karantin rejiminin uzadılması ilə əlaqədar qərar qəbul ediləcək: “Amma epidemioloji vəziyyətin analizi və təhlili, o cümlədən dünyada gedən proseslər də onu göstərir ki, karantin rejiminin uzadılması ilə əlaqədar müəyyən fikirlər və tövsiyələr var. Karantin rejiminin hansı müddətə uzadılması isə prosesdən asılı olacaq. Çünki bəzi proseslər və situasiyalar situativ qiymətləndirmə tələb edir. Çünki planlar olsa da, planlı hərəkət istiqaməti qurulsa da, hər zaman hər şey dəyişə bilər. Ona görə də situativ analizlər vacibdir. Situativ analizlər, o cümlədən kompleks qiymətləndirmə də daxil olmaqla, qərarlar qəbul edilə bilər”.