Goranboyda iki otaqlı evdə YANĞIN
    • 18-04-2020, 10:28
    • 978

Goranboyda iki otaqlı evdə YANĞIN

Goranboy rayonunun Şəfibəyli kəndində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, kənddə ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 2 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.