Sabaha olan hava proqnozu açıqlanıb
    • 8-03-2019, 13:24
    • 1 255

Sabaha olan hava proqnozu açıqlanıb

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % olacaq.  Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  4-9° isti təşkil edəcək.