Türkiyə Azərbaycandan 662 vətəndaşını TƏXLİYƏ EDƏCƏK
    • 20-04-2020, 13:11
    • 508

Türkiyə Azərbaycandan 662 vətəndaşını TƏXLİYƏ EDƏCƏK

Koronavirüs epidemiyası səbəbiylə 59 ölkədə olan 25 min türk vətəndaşı Türk Hava Yollarının reallaşdıracağı 195 təxliyə uçuşu ilə Türkiyəyə gətiriləcək.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, uçuşlar 20-28 aprel tarixlərində həyata keçiriləcək. Əməliyyat çərçivəsində ən çox vətəndaşın təxliyə ediləcəyi ölkə olan Almaniyadan 3 min 269 adamın Türkiyəyə gəlməsi gözlənilir.

Almaniyanı isə 2 min 201 nəfərlik Səudiyyə Ərəbistanı və 1632 nəfərlik ABŞ bu ölkəni təqib edir.

Müvafiq olaraq İngiltərədən 1559, Küveytdən 1463, Əlcəzairdən 1200, Ukraynadan 863, İraqdan 861, Fransadan 696, Azərbaycandan 662, Hollandiyadan 648, Kanadadan 543, KKTC  540, Birləşmiş Ərəb Əmirliklərindən 538, Polşadan 488, İspaniyadan 455, Rusiyadan 380, Şimali Makedoniyadan 394, Qırğızıstandan 352 və İsveçrədən 341 vətəndaş təxliyə ediləcək. 

Təxliyə əməliyyatının baş tutacağı digər ğlkələr isə bunlardır: Belçika, Malta, Misir, İrlandiya, Moldova, Macarıstan, Rumıniya, Çexiya, Kosovo, Albaniya, Bəhreyn, Serbiya, İtaliya, İsveç, İordaniya, Oman, İran, Sudan, Avstriya, Slovakiya, Mərakeş, Tailand, Monteneqro, Danimarka, Qana, Seneqal, Benin, Qətər, Efiopiya, Somali, Mavritaniya, Niger, Keniya, Banqladeş, Pakistan, Malayziya, Sinqapur, Hindistan və Bosniya və Herseqovina.