Madaqaskar prezidenti canlı yayımla koronavirus dərmanını İÇƏRƏK TANITDI
    • 21-04-2020, 11:32
    • 630

Madaqaskar prezidenti canlı yayımla koronavirus dərmanını İÇƏRƏK TANITDI

Madaqaskar prezidenti Andri Rajoelina canlı yayımda koronavirus dərmanını içərək ictimaiyyətə tanıdıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Madaqaskarda hazırlanan və klinik testlərdən keçdiyi bildirən "Covid Organics" bitki dərmanı canlı yayımda təqdim edilib.

Dərmanın tərkibində malyariyanın müalicəsində də istifadə edilən artemisiya var və bu maddə Çin həkiminə Tibb üzrə Nobel mükafatını qazandırıb.

Dərman ölkədə imkansız ailələrə pulsuz paylanacaq. Tərkibi isə şəfalı otlardan ibarətdir.