Artıq koronavirusu eşitmək mümkündür - VİDEO
    • 21-04-2020, 18:54
    • 777

Artıq koronavirusu eşitmək mümkündür - VİDEO

Massaçusets Texnologiya İnstitutunun professoru Markus Buehler və komandası koronavirusun protein quruluşunu modelləşdirərək klassik musiqi formatında melodiya yaradıblar. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər süni intellektdən istifadə edilən tədqiqatın virusun quruluşunu daha yaxşı anlamağı təmin edəcəyini söyləyiblər.

Tədqiqatçılar koronavirusun hər bir amin turşusuna (zülalın quruluş blokları) fərqli bir not veriblər. Sonralar bu alqoritm qeydləri musiqiyə çeviriblər. Alimlər qeyd ediblər ki, virusu gözlə görmək üçün bir çox fərqli avadanlıq və böyüdücü vasitəyə ehtiyac var. Ancaq bir neçə saniyə qulaqlarınızla dinləməklə koronavirusun quruluşunu anlamaq olar.