"DNA analizi tələb edəcəm"- NAHİDƏ ORUCOVA
    • 22-04-2020, 13:04
    • 789

"DNA analizi tələb edəcəm"- NAHİDƏ ORUCOVA

"Qardaşım öləndən sonra yoldaşı tamam kənara çəkildi, heç elə bil bunun əri ölməyib, soyuqqanlı davrandı. Bacımla mən ortaya düşdük. Tez-tez gedib uşağa da baş çəkirdik.  2 yaşı olanda dedi ki, daha sizdən kömək istəmirəm. Yaşadıqları evi dəyişdilər, uşağı bizə göstərmədi. Onları çox axtardım, amma tapa bilmədim".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova Xəzər Televiziyasında yayımlanan "Səni axtarıram" verilişində deyib. O, bildirib ki, qardaşının həyat yoldaşını və övladını tapsa, DNA analizi tələb edəcək: "Məsələni ictimailəşdirmək istəmirdim. Uşaq da bizi axtarmadı. Təəccüblüdür ki, yəni uşaq heç doğmalarının kim olduğunu bilmək, onları tapmaq istəməyib? Artıq aramızda doğmalığın olub-olmaması da şübhəlidir. Hətta mən uşağın qardaşım oğlu olduğundan şübhələnirəm. Ona görə də onları tapsam, uşaqdan DNA analizi tələb edəcəm".

Sevda Bayramova