-
- 23-04-2020, 19:06
- 730
Təhsil naziri canlı proqramda uşaqları TƏBRİK ETDİ
Təhsil naziri Ceyhun Bayramov 23 Aprel - Milli Suverenlik ve Uşaq Bayramı Günü münasibətilə Yunus Əmrə İnstitutunun təşkil etdiyi canlı proqrama qatılıb.
News24.az xəbər verir ki, təhsil naziri bu günün yalnız Türkiyə Respublikasının deyil, bütün dünyanın uşaqlarına hədiyyə edilən bir gün olduğunu deyib. Nazir ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində mövcud olan əlaqələrin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində iki ölkə arasında hüquqi bazanın möhkəmləndirildiyini bildirib. Bu gün onlarla "Qardaşlaşmış məktəblər"in mövcudluğunu qeyd edən Təhsil naziri universitetlərin müxtəlif birgə və ikili diplom proqramlarının qurulması üzərində səylərini davam etdirdiyini diqqətə çatdırıb.
Ceyhun Bayramov bu günlərdə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycan və Türkiyə dövlətlərinin yaratdığı imkanları vurğulayıb və uşaqları bu gün münasibətilə bir daha təbrik edib.