-
- 23-04-2020, 19:15
- 1 011
“Evdən çıxmaq üçün 8103-ə SMS göndərmişəm, iki gündür cavab gəlməyib” -ASAN Xidmətdən AÇIQLAMA
“İki gündür ki, evdən çıxmaq üçün 8103-ə SMS göndərmişəm, hələ də cavab gəlməyib”.
Bu Şəlalə Ağayevadır. O News24.az-a müraciət edərək kömək göstərilməsini xahiş edir.
Sumqayıtdan müraciət edən Səbinə Əliyeva da aptekə getmək üçün göndərdiyi mesajına cavab gəlmədiyini bildirib.
Məsələ ilə bağlı “ASAN Xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, əgər vətəndaşlar problemlə üzləşiblərsə, 9108-ə yığsınlar:
“Bizim Çağrı Mərkəzimizlə əlaqə saxlasınlar. Bu xidmət pulsuzdur, 24 saat işləyir. Bəzən ya telefonun tənzimlənməsində problem olur, ya da telefonun daxilində müəyyən məhdudiyyətlər olur. Yaxud da olur ki, lokal ərazidə şəbəkədə problem olur. Amma belə hallar kütləvi deyil. 99 faiz vətəndaşımıza bir və ya iki saniyə ərzində cavab mesajı gəlir. Bu texniki səbəblərdən yaranan məsələdir”.
Afaq Mirayiq