Bulvarda dənizdən meyit tapıldı
    • 23-09-2018, 12:30
    • 1 180

Bulvarda dənizdən meyit tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 22.09.2018-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.