Yüzlərlə insan eyvanlara çıxıb bu marşı oxudu - VİDEO
    • 24-04-2020, 17:27
    • 814

Yüzlərlə insan eyvanlara çıxıb bu marşı oxudu - VİDEO

Ötən gün Türkiyə Böyük Millət Məclisinin 100-cü il dönümünü qeyd olunub. Sözügedən tarix həm də Uşaqlar günü kimi təqvimdə yer alıb. Bununla bağlı hər il genişmiqyaslı tədbirlər həyata keçirilib. Lakin bu il koronavirus pandemiyasına görə bütün kütləvi tədbirlər təxirə salınıb. Amma koronavirus həyəcanı belə insanların bayram ovqatına təsir edə bilməyib.

News24.az xəbər verir ki, ötən gecə İstanbul küçələrində əsl coşğu yaşanıb. Yüzlərlə insan eyvanlarına çıxaraq İzmir marsını, həmçinin də "Ölürüm Türkiyem" mahnısını birgə səsləndiriblər. 

Sözügedən görüntüləri təqdim edirik:

Sevda Bayramova