-
- 23-03-2020, 11:43
- 843
“Azərbaycana koronavirusu tez təyin edən testlər gətirilməyib”- TƏBİB
“Azərbaycana hələ ki, koronavirusu tez təyin edən testlər gətirilməyib”.
Bunu News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, ÜST-nın nümayəndəsləri də bu haqdakı suallara cavab olaraq bildirib ki, ekspress testlər üzərində işlənilir:
“Təcili Tibbi Yardım həkimlərində ekspress test yoxdur. Onlar yalnız simtomatik çağırışı qəbul edib, onu yerində müayinə edə bilərlər. Əgər koronavirus şübhə varsa, o zaman yerindəcə analizi nümunəsi götürülür. Daha sonra həmin nümunə labaratoriyada yoxlanılır".
Qeyd edək ki, Türkiyə Çindən koronavirusu tez təyin edən 2 milyon test alıb. Türkiyə mətbuatının veridiyi məlumata görə, testlərin ilk partiyası bu gün səhər gətirilib. Sözügedən testlər virusu 15 dəqiqəyə müəyyən edir.
Afaq Mirayiq