Nura Suri  boykot etdi: "Həmin telekanala heç vaxt getməyəcəyəm" – VİDEO
    • 23-09-2018, 13:02
    • 1 563

Nura Suri boykot etdi: "Həmin telekanala heç vaxt getməyəcəyəm" – VİDEO

Müğənni Nura Suri həmkarlarını boykot etməyə səsləyib.

New24.az xəbər verir ki, ifaçı adını çəkmədiyi şəxsin veriliş açaraq aparıcılıq etməsinə kəskin reaksiya verib:

“Keçən dəfə aparıcılarla bağlı olan statusu yazanda Səidə Sultan və Kazım Sübhan da yanımda idi. Yazımı həsr etdiyim insan da var idi. Hansı ki, veriliş açacağını eşitdim və bu mənə pis təsir etdi.  Ümumiyyətlə onu qonaq çağıran insanlara qıcıq oluram.

Əgər sözünü etdiyim insan o kanalda veriliş açsa, yəqin ki həmin telekanala heç  vaxt getməyəcəyəm.  Mən və mənim kimi bir çox sənətçilər  bu xəbərin doğru və ya yalan olduğunu gözləyir. Bu dərəcədə olmaz ”.

Teymur Məmmədov

//X Maqazin