-
- 24-04-2020, 17:06
- 760
Koronavirusa yoluxan tibb bacısı çəkdiyi əzablı ağrılardan DANIŞDI
Koronavirus yoluxmuş ABŞ-ın Kentukki ştatındakı xəstəxananın tibb bacısı Megan Harpol xəstəliyin ağır gedişatından danışıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, infeksiya onda mart ayının əvvəlində aşkar edilib. Simptomlar arasında ağır öskürək, qızdırma və ishal olub.
M.Harpol xəstəliyin ağrılı olduğunu və bəzən öləcəyini düşündüyünü deyib:"Bədənimdə elə ağrılar var idi ki, sanki sümüklərin sınırdı".
Rentgen müayinəsindən keçən tibb bacısında pnevmoniyanın inkişaf etdiyi bəlli olub. Ev şəraitində müalicə olunmaq istəyən M.Harpol həkimin təyin etdiyi dərmanla sağaldığını bildirib.