Türkiyə ordusu İraqda 8 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ
    • 25-04-2020, 01:45
    • 784

Türkiyə ordusu İraqda 8 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Qara rayonu ərazisində PKK terrorçularının obyektlərinə zərbələr endirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edilir ki, zərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Silahlıların yeri pilotsuz uçuş aparatlarının məlumatları sayəsində aşkarlanıb. |Report|