-
- 25-04-2020, 15:19
- 1 184
"Məsləhətləşmədilər, reytinq düzəldənlərin ümüdinə qaldın..." - BRİLLİANT DADAŞOVADAN İTTİHAM
Xalq artisti Brilliant Dadaşova mərhum aktyor, Xalq artisti Rafael Dadaşov haqda paylaşım edib.
News24.az xəbər verir ki, sənətçi paylaşımında Xalq artisti Rafael Dadaşovun itkisindən necə təsirləndiyini yazıb: "Mənim göyçək, yaraşıqlı əmioğlum, bu gün bizdən ayrılmağının 40 günü tamam oldu. Mən göz açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm. Balacalıqda kürəyindən yerə düşməzdim. Sənin qoxun indi də burnumdan getmir. Heyif, əmioğlu, sən xəstəxanaya düşəndə mən Bakıda olmadım. Ümumiyyətlə məni xəbərdar etmədilər. Məsləhətləşmədilər, can sağlığınla, xəstəliyinlə, həyatınla. TV proqramlarında reytinq düzəldənlərin ümüdinə qaldın. Əlbəttə, televiziya vaistəsilə ifşa olunan həkimlər yəqin ki, ifşa olunduqlarına görə incik düşüblər. Səni yaxşı müalicə etmədilər. Hətta xəstəliyinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər. Mən Türkiyədən qayıdıb Mehriban xanımın dəstəyi ilə səni başqa xəstəxanaya yerləşdirəndə artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki iki ay. Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu".
Qeyd edək ki, aktyor uzun sürən xəstəlikdən sonra martın 16-da dünyasını dəyişib. O, II Fəxri Xiyabanda dəfn olunub.
Sevda Bayramova