34 il öncə bu gün - ÇERNOBIL FACİƏSİ - VİDEO
    • 26-04-2020, 10:31
    • 1 595

34 il öncə bu gün - ÇERNOBIL FACİƏSİ - VİDEO

1986-cı ilin bu günündə dünya nüvə energetikası tarixində Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda (Çernobıl Atom Elektrik Stansiyası) ən böyük qəza baş verib. 

News24.az xəbər verir ki, partlayış təhlükəsizlik sistemlərindən birinin layihə sınaqları zamanı yaşanıb.

Qəza nəticəsində ümumi sahəsi 207,5 min kvadrat kilometr olan 17 Avropa ölkəsinin əraziləri radioaktiv çirklənməyə məruz qalıb. Ukrayna (37,63 min kvadrat kilometr), Belarus (43,5 min kvadrat kilometr) və Rusiyanın Avropa hissəsi (59,3 min kvadrat kilometr) əhəmiyyətli dərəcədə çirklənib.
 
Çernobıl Atom Elektrik Stansiyası 2065-ci ilə qədər tam ləğv ediləcək. 2003-cü ilin dekabrında BMT Baş Assambleyası MDB Dövlət Başçıları Şurasının 26 aprel tarixinin Radiasiya Qəza və Fəlakət qurbanlarının Beynəlxalq Anım Günü elan edilməsi qərarını dəstəkləyib.