Smart-kartlara ödəniş terminallarında 10 manat hədiyyə edilməsinə
    • 26-04-2020, 19:43
    • 1 028

Smart-kartlara ödəniş terminallarında 10 manat hədiyyə edilməsinə "Azərişıq"dan AÇIQLAMA


“Elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir, bu məlumat tamamilə yanlışdır”.

News24.az xəbər verir ki, bunu açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verərək elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edildiyini bildiriblər. Bu gün xüsusən bölgələrdə ödəniş terminallarının qarşısında smart-kartlarını yükləmək istəyən insanların növbəsi müşahidə olunub.

Xatırladaq ki, dünən gecə saatlarından qazla bağlı da smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. “Azəriqaz” İstehsalat Birliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb. /APA/