“CinemaPlus” 100 aztəminatlı ailəyə YARDIM ETDİ - FOTO
    • 27-04-2020, 12:57
    • 705

“CinemaPlus” 100 aztəminatlı ailəyə YARDIM ETDİ - FOTO

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsindən 100 ədəd “Dəstək Qutusu” alaraq ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsiz ailələrə “Dəyər ver-dəstək ol!” aksiyasına qoşulub.

News24.az xəbər verir ki, həmin qutunun tərkibinə 18 çeşiddə ilkin tələbat ərzaq məhsulları daxil olunub.

“CinemaPlus” kinoteatrı olaraq Yaxşılıq Pandemiyasına qoşulmaqda əsas məqsəd bir-birimizə dəstək olmaq, birləşmək, özümüzü və başqalarını qorumaq, mümkün olduqda kömək etməkdir.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayırıb.