Maşın oğurlayan şəxsdən narkotik GÖTÜRÜLDÜ
    • 27-04-2020, 13:11
    • 636

Maşın oğurlayan şəxsdən narkotik GÖTÜRÜLDÜ

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdaərsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də A.Fərziyevin “Hyundai” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Zərdab rayon sakini A.Məmmədov aprelin 24-də rayon ərazisində avtomobillə birgə saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.