-
- 27-04-2020, 15:52
- 766
"ASAN xidmət"də onlayn növbələr hansı halda ləğv edilir? - AÇIQLAMA
“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu zamanı bəzi məqamlara aydınlıq gətirilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib ki, əldə olunan onlayn növbə ilə bağlı müəyyən olunan vaxtda vətəndaşların xidmət pəncərəsinə yaxınlaşmadığı təqdirdə onların növbəsi ləğv edilir və bərpası mümkün olmur.
Eyni zamanda hazır sənədlərin götürülməsi üçün öncədən növbə almağa ehtiyacın olmadığı vurğulanıb.
Dövlət Agentliyi növbə götürən vətəndaşlara müvafiq mərkəzə 15 dəqiqə tez gəlməyi tövsiyə edib.
Qeyd edək ki, aprelin 27-dən “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb. /Report/