-
- 25-04-2020, 11:00
- 1 090
Bu şəxslər "ASAN Xidmət"ə BURAXILMAYACAQ
Bu gün 1 saylı "ASAN xidmət" mərkəzində mətbuat konfransı keçirilib.
News24.az xəbər verir ki, tədbirdə 27 aprel tarixindən ölkə ərazisində karantin rejimi məhdudiyyətlərinin yumşaldılması ilə bağlı "ASAN xidmət" mərkəzlərində vətəndaş qəbulunun qaydaları açıqlanıb.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edib. O bildirib ki, yumşalma tədbirləri çərçivəsində Asan Xidmətdə 320 -dən çox xidmət tam göstəriləcək.
Mərkəzdə toplaşmanın qarşını almaq üçün öncədən növbə almaq lazımdır. Bunun üçün Asan Xidmət mobil tətbiqindən istifadə etmək lazımdır.
Digər variantdan istifadə etmək istəyənlər isə ASAN Xidmətin rəsmi saytından növbə ala bilərlər. Saytdakı sistemlə hər kəsə avtomotik növbə verir. Eyni zamanda vətəndaş özü də istədiyi saata növbə ala bilər.
Tədbirdə o da bildirilib ki, öncədən növbə alamayan şəxslər "ASAN Xidmət" mərkəzlərinə buraxılmayacaq.