Bakıda ana və azyaşlı qızını maşın vurub
    • 28-04-2020, 00:49
    • 760

Bakıda ana və azyaşlı qızını maşın vurub

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Kərimova Səbinə Islam qızı 8 yaşlı qızı ilə birgə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.