-
- 28-04-2020, 13:29
- 1 084
"Maaşlara əlavələrlə bağlı kimin narazılığı varsa..."- NAZİR MÜAVİNİ-EKSKLÜZİV
“Əgər kimsə səhiyyə işçilərindən əlavələrin ödənməməsi ilə bağlı narazılıq edirsə, ilk növbədə TƏBİB-ə müraciət etməlidir” .
Bunu News24.az-a açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O qeyd edib ki, o zaman araşdırlacaq: "O tibb işçiləri bilavasitə bu işlə məşğuldurlarsa, müddətli əlavələr onlara da tətbiq ediləcək. Eyni zamanda, tibb işçiləri hərəsi öz işini görməlidir. Tətbiq olunan bu əlavə koronavirusla mübarizə sahəsinə yönəldilib. Ona görə də bunu araşdırmaq lazımdır”.
“Tibb işçilərinə müddətli əlavələr artıq verilibmi” sualına cavab olaraq- “Bəli, icrasına başlanıb və əlavələr ödənilib”- deyə Viktor Qasımov vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilir:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Afaq Mirayiq