-
- 24-09-2018, 14:47
- 990
Ermənistanın dövlət mükafatlarını almış məşhurlarımız
Dağlıq Qarabağ müharibəsi başlayana qədər Azərbaycan və Ermənistan arasında ən geniş əlaqə məhz mədəniyyət sahəsində idi. İki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adlar, mükafatlarla təltif olunurdular.
"Azərbaycan SSR-in xalq artisti” fəxri adını almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edirik.
Abelyan Ovanes,Qriqoryan Mariya İosifovna, Papazyan Vaqram Homeroviç, Arutunyan Xoren Oqanesoviç, Arzumanyan Arkadi Nikolayeviç, Arzumanyan Artaşes Nikolayeviç.
Sovet dövründə Ermənistanın fəxri adlarını qazanan azərbaycanlıların siyahısını təqdim edirik Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb.
Zeynəb Xanlarova 1978-ci ildən Ermənistan SSR xalq artistidir. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adını qazanıb. 1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb. O, hazırda Azərbaycan Milli Məclisinin deputatıdır.
Sürəyya Sədrəddin qızı Qacar 1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir.
Yunis Hacı Süleyman oğlu Süleymanov 1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il - Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
Cabbar Əli oğlu Quliyev 1967-ci ildə Ermənistanın əməkdar artisti fəxri adını alıb.
O, 1922-ci ildə Zəngibasar mahalında anadan olub. Böyük Vətən müharibəsi zamanı Mehdi Hüseynzadə ilə birlikdə İtaliyada partizan hərəkatında iştirak edib.
Sabir Ələkbər oğlu Rzayev 1975-ci ildə Ermənistanın əməkdar incəsənət xadimi adını qazanıb. O, 1924-cü il aprelin 17-də İrəvan şəhərində anadan olub. Tanınmış kino tənqidçisi, kinoşünas və ssenarist kimi bütün ömrünü Ermənistan kinematoqrafiyasının inkişafına həsr edib. Sabir Rzayev erməni kino tənqidçiliyi sənətinin əsasını qoyub və uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini, Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb.
Baxşı Həsən oğlu Qələndərli Ermənistan SSR əməkdar incəsənət xadimi. O uzun illər ərzində (1934-1951) Azərbaycan İrəvan teatrının baş rejissoru kimi çalışıb. Onun cənazəsi İrəvanda dəfn olunub.