Paytaxt sakinlərinə şad xəbər: metro bu tarixdə AÇILACAQ
    • 1-05-2020, 13:19
    • 556

Paytaxt sakinlərinə şad xəbər: metro bu tarixdə AÇILACAQ

“Bakı Metropoliteni"ni mayın 11-dən fəaliyyətini bərpa edəcək. 

News24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən əmr imzalanıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə News24.az-a açıqlamasında bildirib ki, bununla bağlı nə rəsmi, nə də qeyri rəsmi məlumat var: “Bir neçə gün əvvəl də 4 may deyib iddia edirdilər. Bizə hər hansısa məlumat daxil olmayınca nə təsdiq, nə də inkar edə bilərəm. Bizdə texnoloji proseslərə görə bəzi addımlar atılır. Hər onu eşidən elə bilir metro açılır”.