Şəmkirdə cinayətkar - TUTULDU
    • 2-05-2020, 19:00
    • 672

Şəmkirdə cinayətkar - TUTULDU

Şəmkirdə bacanağını güllələyən şəxs tutulub.

News24.az xəbər verir ki, mayın 1-də Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunun rayonun Yeni Həyat kəndi ərazisindən keçən avtomobil yolunda odlu silahdan açılan atəş nəticəsində öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, E.Süleymanovla E.Hümmətli bacanaq olublar.