Ağsuda yol-nəqliyyat hadisəsi baş VERDİ
    • 3-05-2020, 10:12
    • 676

Ağsuda yol-nəqliyyat hadisəsi baş VERDİ

Ağsu rayonunda xırdabuynuzlu heyvanların tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, mayın 2-də Ağsu rayon sakini Kamil İsrayılov "Toyota" markalı minik avtomobili ilə Ağsu-Kürdəmir yolunda hərəkətdə olarkən qəflətən qarşısına çıxan qoyun sürüsünə girərək qəza törədib. Təklə kəndi ərazisində baş verən hadisə zamanı yerli sakinlərə məxsus 25 baş qoyun tələf olub.

Faktla bağlı araşdırma aparılır.