Göyçayda dəhşətli qəza - 2 NƏFƏR ÖLDÜ
    • 4-05-2020, 11:32
    • 792

Göyçayda dəhşətli qəza - 2 NƏFƏR ÖLDÜ

Daxili İşlər Nazirliyini Göyçay rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Babayev hadisə yerində, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanada ölüb.

Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.