"Bu ay 48 mindən çox cərimə yazılıb" - VÜSAL KƏRİMLİ
    • 4-05-2020, 17:45
    • 635

"Bu ay 48 mindən çox cərimə yazılıb" - VÜSAL KƏRİMLİ

"Bir həftə əvvəllə müqayisədə paytaxtda nəqliyyat axınının 10-12% güclənməsi müşahidə edilir". 

News24.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, nəqliyyat vasitələrinin xaotik hərəkəti tıxaclara səbəb olur: "Məsələn, Bakının Yusif Səfərov küçəsində 10-15 avtobusun tıxacda gözlədiyini görürük. Bu isə sərnişinlərin dayanacaqlarda gözləmə vaxtının artmasına səbəb olur".

BNA sədri onu da qeyd edib ki, mayın 1-dən etibarən qanunsuz dayanma hallarına görə cərimələr bərpa olunub və  bu müddətdə 48 295 cərimə yazılıb: "Lakin bu cərimələr pandemiya dövründə yazıldığı üçün hələ ki, rəsmiləşdirilməyib".