Şəmkirdə həmyerlisini güllələyən şəxs HƏBS OLUNDU
    • 5-05-2020, 11:45
    • 819

Şəmkirdə həmyerlisini güllələyən şəxs HƏBS OLUNDU

Şəmkirdə həmyerlisini güllələyən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, mayın 4-də Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılmış, ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülmüş, A.Muradov isə xəstəxanaya yerləşdirilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.