DİN-dən Kürdəmirdə baş vermiş qəza ilə bağlı AÇIQLAMA
    • 13-04-2020, 12:08
    • 810

DİN-dən Kürdəmirdə baş vermiş qəza ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 11-də saat 18 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində Topalhəsənli kənd sakini R.İsmayılovun idarə etdiyi “BMW” və Qaraqocalı kənd sakini Rafət Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Kərimov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.