Tanınmış aparıcı yüksək vəzifəyə TƏYİN OLUNDU - YENİLƏNİB
    • 6-05-2020, 14:19
    • 1 042

Tanınmış aparıcı yüksək vəzifəyə TƏYİN OLUNDU - YENİLƏNİB

Parlament Aparatında aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb.

News24.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb. Sərəncamla, yeni Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Həmin şöbəyə Ceyhun Əli (Ceyhun Əliyev) müdir təyin olunub.

Mehman Qayıbov isə həmin şöbənin müdir müavini təyin edilib. /Report/ 

***


Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

Milli Məclisdən News24.az-a verilən məlumata görə, parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə bu vəzifəyə teleaparıcı Ceyhun Əli təyin edilib.

Bu gün o, kollektivə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı. /APA/