Parlamentin şöbələri birləşdirildi - SƏRƏNCAM
    • 1-05-2020, 21:20
    • 769

Parlamentin şöbələri birləşdirildi - SƏRƏNCAM

Milli Məclisdə aparılan struktur islahatları çərçivəsində parlamentin şöbələri birləşdirilib.

News24.az xəbər verir ki, bununla bağlı spiker Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi, Sosial qanunvericilik şöbəsi ilə İqtisadi qanunvericilik şöbəsi birləşdirilib.