"Ancaq avtobusları hədəfə alıbsız"- MAİS AĞAYEV QƏZƏBLƏNDİ
    • 7-05-2020, 11:47
    • 877

"Ancaq avtobusları hədəfə alıbsız"- MAİS AĞAYEV QƏZƏBLƏNDİ

Son günlər avtobuslarda yaşanan sıxlıq narazılıqlara səbəb olub.

News24.az xəbər verir ki, karantin dövründə bu cür sıxlığın olmasına jurnalist İsmayıl Nəsibli də öz sosial şəbəkə səhifəsində narazılığını ifadə edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev elə həmin paylaşıma şərh yazaraq ittihamlara kobud şəkildə cavab verib.

O bildirib ki, vəziyyətin belə olmasında, avtobuslarda sıxlığın yaranmasında elə sərnişinlər özləri günahkardır: “Gəlin çıxaq, bir yerdə intervalı gecikdirən onlarla səbəb göstərim sizə. Yazanda bir az obyektiv olun. Çox istərdim digər xarici şəhərlər kimi karantin vaxtı ictimai nəqliyyat tam dayanardı və ya xüsusi icazə ilə olardı. Bax onda hamı üçün daha yaxşı olardı. Məsələyə dair boş-boş, həqiqətə uyğun olmayan şərh yazanlar, xahiş edirəm, bir qədər obyektiv olun.

Bir neçə gündür avtobuslarda milyondan artıq insan daşınır. Bir milyon sərnişini sosial məsafə gözləməklə daşımaq üçün Bakı şəhərinə 66 mindən artıq avtobus lazımdır. Bakı şəhərinin avtobus parkı “bezrazmer” deyil. Bizdə N sayda deyil, bəlli bir sayda avtobus var.