“Korona qurtardı bəyəm, niyə camaatı avtobusa doldurursuz” - “Bakubus”da QALMAQAL
    • 30-04-2020, 12:18
    • 808

“Korona qurtardı bəyəm, niyə camaatı avtobusa doldurursuz” - “Bakubus”da QALMAQAL

“Korona qurtardı bəyəm, niyə camaatı avtobusa doldurursuz. Camaat az qalır bir-birinin ağzına girsin. Bəs, məsafə saxlayırdız, nə oldu”.  

Bu gün “Bakubus” M3 avtobusunda sürücü ilə sərnişinlər arasında narazılıq yaşanıb. News24.az-a daxil olan məlumata görə, narazılığa səbəb sürücünün avtobusa həddindən artıq insanı qəbul etməsi olub. 

Ümumiyyətlə, son günlər avtobuslarda yaranan sıxlıqla bağlı News24.az-a daxil olan şikayətlərin sayı çoxalıb. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O bildirib ki, belə sıxlığın qarşısını almaq üçün ilk növbədə evdə qalmaq lazımdır: “Narazılıq edənlər də sərnişinlərimizdir, sıxlıq yaradanda. BNA tərəfindən mövcud ağır epidemik vəziyyətdə nə qədər ağır olsa da, sərnişindaşıma prosesi təşkil edilir, bununla bağlı bütün təşkilati məsələlər görülür. Yetərli sayda avtobus xətlərə çıxarılır. Digər bir məsələni də qeyd etmək yerinə düşər ki, son vaxtlar nəqliyyat vasitələrinin sayında müşahidə olunan artım da müəyyən çətinliklər yaradır. Bəzi küçə və prospektlərdə dayanma-durma və parklanma qaydalarının pozulması həmçinin, yoxlama postlarının yaxınlığında sıxlıqların olması da intervalların gecikməsinə zəmin yaradır”.


Afaq Mirayiq