Meşə yanğını - MİNDƏN ÇOX SAKİN TƏXLİYƏ EDİLDİ
    • 7-05-2020, 15:48
    • 604

Meşə yanğını - MİNDƏN ÇOX SAKİN TƏXLİYƏ EDİLDİ

Kaliforniyada təbiət yanğınları səbəbiylə Milton şəhərinin 1100 sakininin təxliyə edilməsi ilə bağlı qərar verilib.

News24.az xariciKİV-ə istinadən xəbər verir ki, yanğın bazar ertəsi özəl ərazidə başlayıb. Daha sonra, güclü külək və yüksək rütubət səbəbiylə nəzarətdən çıxıb.  Yanğın bu günə qədər 800 hektardan çox əraziyə yayılıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, yanan evlərin sayı açıqlanmır.

Bildirilir ki, təxliyə olunan sakinləri yerləşdirmək üçün mərkəz yaradılıb.